Füzulidə Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir

 

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

Görüşdə bu ilin oktyabrında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılmış, YAP rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələr müzakirə olunmuşdur.

Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bu siyasi qurumun rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışmışdır. Bildirmişdir ki, öz sıralarını daim genişləndirən təşkilatda bu gün 2162-si qadın, 1399-u gənc olmaqla 5500 nəfər partiya üzvü birləşir. YAP Füzuli rayon təşkilatı öz fəaliyyətini nizamnamə tələbləri və Seçki Məcəlləsi əsasında qurmaqla partiyanın namizədinin seçkilərdə qələbə çalması üçün bütün qüvvələri səfərbər edəcəkdir.

Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova və YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan, həyata keçirilən sosial layihələrdən söz açmış, görülən işlərin xalq tərəfindən rəğbətlə qarşılandığını bildirmişlər. Natiqlər qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar görüləcək işlərdən, xüsusilə təbliğat-təşviqat kampaniyasının aparılmasından ətraflı danışmış, partiya fəallarının vəzifələri ilə bağlı müvafiq tövsiyələr vermişlər. 

Görüşdə rayon ictimaiyyətinin nümayəndələri və YAP rayon təşkilatının fəalları çıxış edərək Füzuli rayonunda gedən sosial-iqtisadi inkişafı, aparılan geniş tikinti-quruculuq işlərini və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işləri dövlətimizin  başçısının diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirmişlər. Bildirmişlər ki, füzulililər qarşıdan gələn seçkidə də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə səs verəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında