Nərimanov rayonunda Milli Mətbuat Günü qeyd olundu

 

Paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti öz gündəlik fəaliyyətində kütləvi informasiya vasitələri ilə əməkadaşlığa xüsusi önəm verir. Milli mətbuatımızın yaranmasının 138-ci ildönümü ərəfəsində rayon icra hakimiyyəti  Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, eləcə də ölkənin aparıcı televiziya kanalları, qəzet və elektron media nümayəndələrinin iştirakı ilə  görüş keçirdi.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları salamlayaraq bildirdi ki, 138 il öncə xalqımızın görkəmli maarifpərvər oğlu, mahir qələm ustası Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımız ötən dövrdə  şərəfli və çətin bir inkişaf yolu keçmiş, zəmanəsinin həqiqət carçısı olmuşdur. Natiq qeyd etdi ki, sovet dönəmində yalnız bir ideologiyaya xidmət edən mətbuatımız müstəqillik illərində mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında tamamilə yeni bir missiya ilə çıxış etməyə başlamışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra demokratik və hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycanda plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran senzura tamamilə aradan qaldırılmış, bununla da, kütləvi informasiya vasitələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

A.Fərzəliyev daha sonra qeyd etdi ki, ümummilli liderimizin ideyalarına sadiq qalan Azərbaycan dövləti, xüsusən də onun başçısı möhtərəm Prezidentimiz İlham Əliyev də hazırda  milli mətbuatımızın inkişafına xüsusi diqqət və qayğı göstərir. Natiq Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində media nümayəndələrinə mənzillərin verilməsini də məhz bu qayğının növbəti təzahürü kimi dəyərləndirdi. Natiq əlamətdar gün münasibətilə jurnalistləri bir daha təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək yarandığı gündən demokratik ideyaların carçısı kimi şərəfli bir missiyanı yerinə yetirmiş milli mətbuatımızın  tarixindən, ölkəmizdə medianın inkişafına göstərilən dövlət qayğısından söhbət açdılar. Azərbaycanda mətbuatın maddi təminatının gücləndirilməsi üçün yaradılan hərtərəfli şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq ifadə olundu. Eyni zamanda, mətbuatla sıx əməkdaşlığa və peşə bayramı ərəfəsində ölkənin aparıcı KİV nümayəndələri ilə təşkil olunmuş bu görüşə görə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinə tədbir iştirakçıları adından təşəkkür etdilər. Milli Mətbuatın 138 illiyi ilə əlaqədar həmkarlarını təbrik edən natiqlər bu çətin və şərəfli işdə hamıya uğurlar arzuladılar.

Sonda Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə, respublikamızın ictimai-siyasi və mədəni həyatındakı yenilikləri ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında göstərdikləri xidmətlərinə görə, eləcə də Nərimanov rayonunda gedən quruculuq işlərinin işıqlandırılmasında xüsusi fəallıq göstərmiş  aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

Tədbir  maraqlı konsert proqramı ilə başa çatdı.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında