Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul etmişdir

 

İyulun 20-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Komitənin müvafiq strukturları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı müraciətlərinə baxılmışdır.

Vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilmiş, bu müraciətlərin qanunauyğun şəkildə nəzərdən keçirilərək, həlli üçün zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılmışdır.

Bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapmışdır. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərin araşdırılaraq müvafiq qurumlara çatdırılacağı və nəzarətə götürüləcəyi bildirilmişdir.

Qəbulda vətəndaşlara yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə bağlı qeydiyyat üçün zəruri olan əlaqəli sənədlərin əldə edilməsinin vacibliyinə dair tövsiyələr verilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında