Gənclər Fondu Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

 

Ölkəmizdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra KİV-lərin sayında ciddi artım baş verib.

Bu fikirləri 22 iyul - Milli Mətbuat Günü münasibətilə  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi tədbirdə fondun aparat rəhbəri Faiq Qürbətov bildirdi. O qeyd etdi ki, artıq ölkə mediası istər kəmiyyət, istərsə də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.  Gənclər Fondunun aparat rəhbəri  görülən işlərdən danışdı.

Onun sözlərinə görə, fondun müxtəlif mövzularla bağlı həyata keçirdiyi  layihələr ictimaiyyət tərəfindən maraqla qarşılanır. Sənədli filmlər, foto sərgilər,  gənclərin mütaliəyə marağını artırmaq üçün “Açıq rəf” layihəsi, eləcə də respublikanın 12 şəhər və rayonunda reallaşdırılmış könüllü qanvermə aksiyası və s. bunlara nümunədir.

Faiq Qürbətov bu ilin sonuna kimi jurnalistlər üçün “Media düşərgə” adlı layihənin reallaşacağını vurğuladı. Onun sözlərinə görə, layihədə Azərbaycanın gənc jurnalistləri bir neçə gün ərzində faydalı informasiya əldə edəcək: “Gələcəkdə onlar burada əldə etdikləri faydalı təcrübədən gənclər, eləcə də QHT-lər haqda məlumatlar hazırlayarkən istifadə edə biləcəklər. Aparılan seçimin yekununda düşərgəyə 50-yə yaxın gənc jurnalist cəlb olunacaq. Bu düşərgə ölkənin səfalı məkanlarından birində və ya Bakıda seminarlar, həmçinin asudə vaxtın təşkili şəklində keçiriləcək”.

Seçimin meyarlarını da açıqlayan aparat rəhbəri bildirdi ki, layihəyə gənclərlə bağlı materiallar hazırlayan jurnalistlər cəlb olunacaq. Bundan başqa, fondun təşəbbüsü ilə bu il birinci ümumrespublika zəka oyunları festivalı da keçiriləcək və festivala 14-29 yaş arası 30 minədək gənc cəlb olunacaq.   

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, Gənclər Fondu yarandığı ilk gündən fəaliyyətində düzgün istiqamət seçib.  İ.Babayev jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin formalaşmasında onların üzərinə düşən məsuliyyətdən söz açdı.

Sonda Gənclər Fondu ilə əməkdaşlıq edən media qurumlarına, o cümlədən “Xalq qəzeti”nə fəxri diplom və hədiyyələr təqdim olundu.  

Qeyd edək ki, fəaliyyət dövrü ərzində Gənclər Fonduna 871 müraciət qeydə alınıb, onlardan 461-i fərdi şəxslər, 410-u isə QHT-lərdir. Ümumilikdə, bu günə qədər Gənclər Fonduna 600-ə qədər layihə təqdim edilib.

Onlardan 300-ə qədəri fond tərəfindən maliyyələşdirilib.

Əfsanə BAYRAMQIZI,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında