Qaliblər arasında həmkarlarımız da var

 

Azərbaycan Jurnalistlər Birliyinin katibliyi mətbuatda, o cümlədən teleradioda çalışan  və peşəkarlıq baxımından yaradıcılıqları diqqəti çəkən bir qrup jurnalisti 2013-cü il üçün Həsən bəy Zərdabi mükafatı laureatı elan etmişdir.

Tanınmış telejurnalist, şərhçi və publisist İbrahim Nəbioğlu çağdaş Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrə, Qənirə Ataşova (ANS TV) aktual mövzularda müsahibə və şərhlərə, Səadət Məmmədova (Yurd TV)  “Sərt məntiq” verilişinə, Rəşad Rüstəmov (“Zerkalo” qəzeti) jurnalist araşdırmalarına görə Həsən bəy Zərdabi mükafatı ilə təltif edilmişlər.

Mükafatçılar arasında , həmçinin, ölkənin ictimai-sosial həyatına həsr edilmiş silsilə məqalələrinə görə “Xalq qəzeti”nin əməkdaşları İlqar Rüstəmov və  Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən “Baxıb türkün  bayrağına...” kitabının müəllifi Namiq Əhmədov, “168-ci saat” həftəlik-analitik proqramının müəllifi və aparıcısı İnqilab Şirinov (EL TV, Yevlax),  “Azadlıq” qəzetinin səhifələrində publisistik yazılarla çıxış edən Elnur Astanbəyli də vardır.

V.BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında