Bakıda yeni nəqliyyat növləri tətbiq ediləcək

 

 “Böyük Bakının regional inkişaf planı” layihəsi yeni ictimai nəqliyyat növlərinin tətbiqini nəzərdə tutur. Bu barədə “Trend”ə

layihənin idarəetmə qrupunun rəhbəri

Novruz Eldarlı açıqlama vermişdir.

O bildirmişdir ki, hazırda Bakıda yeni ictimai nəqliyyat növlərini - sürət tramvayları, yerüstü metropoliten, metrobuslar və s. - səmərəli tətbiq etmək lazımdır: “Belə yolların şəhər daxilində və ondan kənarda, xüsusilə Bakıdan Heydər Əliyev Hava Limanı, Sumqayıt və Ələtədək çəkilməsi nəzərdə tutulur”.

Qrup rəhbərinin fikrincə, şəhərətrafı qatarların tətbiqi məqsədəuyğundur: “İnsanların aralıq dayanacaqlarla hərəkət edə bilmələri üçün şəhərətrafı qatarlar orta məsafədə fəaliyyət göstərə bilərlər. Məsələn, Sumqayıtdan Ələtədək xəttin Ələt-Səngəçal-Lökbatan-Xırdalan-Sumqayıt dayanacaqları ola bilər. Bu dayanacaqlarda düşən insan yerli nəqliyyatdan istifadə etməklə istədiyi ünvana çata bilər. Onlar fəaliyyət göstərən elektrik qatarlarının analoqu olacaq, lakin sürətli və rahat olmalıdırlar”.

Layihənin əsas xətti ictimai nəqliyyatın inkişafı və müasirləşdirilməsi, şəbəkənin genişləndirilməsi, keyfiyyət və rahatlığın artırılmasıdır.

N. Eldarlı qeyd etmişdir ki, avtomobillərdən gündəlik istifadə 20 kilometr məsafəyədək sərfəli deyil: “Avtomobil hazırda şəhər hüdudunda aktual deyil. Avtomobil orta və uzun (25 kilometr və daha çox) məsafəyə nəqliyyat vasitəsi olmalıdır”.

Layihə, həmçinin Bakı ərazisində küçə-yol şəbəkəsinin inkişafını nəzərdə tutur.

N.Eldarlı demişdir: “Bakıda kifayət qədər yol yoxdur. Hərəkət hissə sahəsinin şəhərin ümumi sahəsinə bərabər nisbi göstəricisi Bakı üçün dünyada ən aşağılardan bidirir. Hazırda ölkədə şəhərin daxilində və ondan kənarda yolların tikintisi üzrə irimiqyaslı işlər aparılır. Bu sevindirici haldır, lakin bununla məhdudlaşmaq olmaz. Təkcə yolların genişləndirilməsinə deyil, həm də alternativ, paralel marşrutların yaradılmasına çalışmaq lazımdır”.

Dövlət strukturlarının hazırda müzakirə etdiyi “Böyük Bakının regional inkişaf planı” layihəsi 2030-cu ilədək dövrü əhatə edəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında