Kürdəmirlilər qarşıdakı prezident seçkilərinə son 10 ildə qazanılan uğurların yaratdığı böyük inamla gedirlər

 

İyulun 20-də Kürdəmirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

Şəhərdəki “Gənclər Evi”ndə keçirilən görüşü YAP rayon təşkilatının sədri Ağəli Kərimli açaraq aparıcı siyasi qüvvə olan partiyanın ictimai-mədəni, sosial-iqtisadi həyatdakı fəal rolundan danışmışdır. Bugünkü tədbirin rayon təşkilatının yaradılmasının 20 illiyinə təsadüf etdiyini diqqətə çatdıran natiq bu  münasibətlə iştirakçıları təbrik etmiş, mühüm siyasi kampaniya olan prezident seçkilərində onlara uğurlar arzulamışdır. Görüşün seçkilərə hazırlıq ərəfəsində məsləhətləşmə, fikir mübadiləsi aparmaq məqsədi daşıdığını diqqətə çatdıran A.Kərimli məlumat vermişdir ki, YAP rayon təşkilatı hazırda 117 ərazi təşkilatında 7500 nəfər partiya üzvünü birləşdirir.

Qeyd olunmuşdur ki, bu gün  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin hər yerində olduğu kimi, Kürdəmirdə də sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin etmiş, insanların həyat səviyyəsi əsaslı şəkildə yüksəlmişdir. Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədri, ölkə başçısı İlham Əliyevin oktyabr ayında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyinin  irəli sürülməsi Kürdəmir rayon təşkilatının bütün üzvləri  sevinclə qarşılamışlar. İndi qarşıda duran əsas vəzifə seçkilərə mütəşəkkil hazırlaşmaq və qələbəni təmin etməkdir.

Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış etmişdir. İcra katibi Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə böyük inkişaf mərhələsi keçən və bu gün nəinki regionun, hətta dünyanın  ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycanın uğurlarından ətraflı söhbət açmışdır. Qeyd olunmuşdur ki, bu müddətdə iqtisadiyyat 3 dəfə artmış, büdcənin 20 dəfəyədək artması təmin edilmişdir. Cənubu Qafqaz iqtisadiyyatının 80 faizini  özündə cəmləşdirən Azərbaycanda 10 ildə   1,2 milyon yeni iş yeri açılmış, yoxsulluq 50 faizdən 6 faizə  enmişdir. Azərbaycan getdikcə müasirləşir və bunu abad bir diyara çevrilən Kürdəmirin timsalında da aydın görmək olar. Yeni  binalar, abad parklar xoş və firavan həyatın göstəricisidir.

İcra katibi diqqəti ötən əsrin 90-cı illərinin əvvəllərində yaşanan xaos və anarxiyaya, ölkənin başı üzərini almış təhlükələrə yönəldərək demişdir ki, ulu öndər Heydər Əliyevin əsl fədakarlığı, gərgin siyasi mübarizəsi sayəsində ölkə qısa vaxtda sabitlik və inkişaf yoluna çıxmışdır. Bu gün Azərbaycan ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Ölkədə sabitlik, əmin-amanlıq hökm sürür. Hər bir Azərbaycan vətəndaşı buna görə Prezident İlham Əliyevə minnətdardır.

    Dağlıq Qarabağ probleminə toxunan icra katibi Əli Əhmədov Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən hərbi strategiyanın uğurlarından, hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsini üstələməsindən və bunun Qarabağ probleminin həllinə  müsbət təsirindən danışmışdır.

Bütün bu uğurların Prezident İlham Əliyevin növbəti 5 il üçün namizədliyinin irəli sürülməsi üçün ciddi əsaslar yaratdığını qeyd edən natiq Yeni Azərbaycan Partiyasının 600 min nəfər üzvü tərəfindən dəstəklənən qərarının əhəmiyyətindən danışmış, seçkilərdə partiyanın namizədi İlham Əliyevin mütləq əksəriyyət tərəfindən dəstəklənəcəyinə əminliyini vurğulamışdır.

   Tədbirdə YAP rayon təşkilatının fəallarından Sabir Novruzov, Elmira Şixəliyeva, Namiq Tarverdiyev və başqaları çıxış edərək kürdəmirlilərin qarşıdakı prezident  seçkilərinə son 10 ildə qazanılan  uğurların yaratdığı böyük inamla getdiklərini, Prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini bildirmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında