Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə inşaat işlərinin artıq 80 faizi başa çatdırılmışdır

 

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınmış qəsəbədə inşaat işlərinin vəziyyəti ilə tanışlıq məqsədilə iyulun 19-da Gəncədə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq artıq bir ildən çoxdur ki, Gəncədə 25 hektar sahədə salınan qəsəbədə hər biri 5 mərtəbəli olmaqla 25 çoxmərtəbəli yaşayış binasının, eləcə də 1200 yerlik məktəbin, 280 yerlik uşaq bağçasının, inzibati və 500 yerlik klub binalarının, musiqi məktəbinin, həkim məntəqəsinin  və ATS-in tikintisi aparılır.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini qəsəbənin ərazisini gəzərək tikinti işləri ilə yaxından tanış olmuş, xüsusilə sosial obyektlərin inşası ilə maraqlanmış, görülən işlərə münasibətini bildirmişdir. Obyektlərdə işlədilən tikinti materiallarının keyfiyyəti ilə maraqlanan Baş nazirin müavini, bununla bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Sonra tikintidə yaradılmış qərargahda 19 inşaat şirkəti rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə hər bir şirkətin gördüyü işləri təhlil edən Əli Həsənov iradlarını da bildirmiş, bəzi tikinti təşkilatları tərəfindən yaranan gecikmələrin aradan qaldırılması üçün  tapşırıqlar vermişdir. Qeyd ediltmişdir ki, qəsəbədə bütün işlər avqustun sonunadək yüksək keyfiyyətlə başa çatdırılmalıdır.

Müşavirədə qəsəbənin qaz, su, kanalizasiya, elektrik təchizatı, daxili yolların çəkilişi, yaşıllıq zonalarının salınması və sair məsələlər ətrafında müzakirələr də aparılmışdır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ümumilikdə qəsəbədə tikinti və abadlıq işlərinin gedişindən razı qaldığını bildirmiş və işlərin bir qədər də sürətləndirilməsi üçün əlavə göstəriş və tapşırıqlarını vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında