KİVDF-in Milli Mətbuat Gününə həsr olunmuş iclası

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Toplantıda Milli Mətbuatın yaranmasının 138 ildönümü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri, 22 İyul — Milli Mətbuat Gününün təntənəli şəkildə qeyd edilməsi üçün proqram təsdiq edilib .

İclası giriş sözü ilə Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev açıb. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, fərdi jurnalist yazıları müsabiqəsinə 92  yazı təqdim edilib. Bu  yazıları fondun ekspertləri qiymətləndiriblər. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib.

Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 nəfər jurnalistin müsabiqənin qalibi olması, 15 nəfər jurnalistin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul ediblər. Müsabiqə şərtlərinə əsasən, yüksək bal toplayaraq  qalib olan 45 jurnalistə 1000 manat, həvəsləndirici yer tutan 15 jurnalistə isə 300 manat mükafat veriləcək.

Müşahidə Şurasının üzvləri 22 İyul Milli Mətbuatın Gününün təntənəli şəkildə qeyd edilməsini də müzakirə ediblər. Fondun icraçı direktorunun təqdim  etdiyi bayram proqramını Müşahidə Şurasının üzvləri məqbul sayıblar. Bayram tədbirlərinin 22 iyul tarixində səhər saat 8.00-da Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin və milli mətbuatın yaradıcısı  Həsən bəy Zərdəbanin məzarının ziyarəti ilə başlanması qərara alınmışdır. Bundan sonra Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi  keçiriləcək.

Bayram şənlikləri axşam saatlarında “Min bir gecə” istirahət mərkəzində müsabiqə qalibi olmuş jurnalistlərə  mükafatların təqdim olunması ilə davam edəcək.

R. TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında