Türkiyə səfirliyinin yeni mətbuat müşaviri Azərbaycan Mətbuat Şurasında olub

 

Türkiyənin ölkəmizdəki Səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Şuranın Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu vurğulayan Ə.Amaşov mövcud prosesdə mətbuat müşavirliyinin mühüm rol oynadığını diqqətə çatdırıb. Qarşılıqlı işbirliyinin bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

Hamit Karadeniz Türkiyə ilə dost və qardaş Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib. Hər iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsinin vacibliyini söyləyib, Mətbuat Şurası ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.

1957-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gələn Hamit Karadeniz uzun illər ölkənin təhsil sistemində də yüksək vəzifələrdə çalışıb.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında