Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq genişlənir

 

Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) dünyanın korrupsiyaya qarşı mübarizə üzrə aparıcı mütəxəssislərindən hesab olunan Robert Klitqaardın bu sahədə təcrübəsinə dair seminar keçirilmişdir.

Almaniya, Fransa, Rusiya, Avstriya, Braziliya, Polşa, İndoneziya və digər ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru Sahib İsmayılov təmsil etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarda korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmiş ölkələrin qabaqcıl təcrübəsi, bu istiqamətdə elektron-informasiya texnologiyalarından istifadənin labüdlüyü, nağdsız pul əməliyyatlarının daha geniş tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi üsulları müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına paylanmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri, əldə olunmuş nailiyyətləri özündə əks etdirən bukletlər böyük maraqla qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında