DSMF-nin Yasamal rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir

 

Dövlət Sosial Müdafiə Fondundan bildirmişlər ki, fondun Yasamal rayon şöbəsinin yeni inzibati binası bu günlərdə pensiyaçıların istifadəsinə verilmişdir. Bu münasibətlə binanın açılış mərasimi keçirilmişdir.

Toplantıda DSMF-nin sədri Səlim Müslümov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mehdiyev iştirak etmişlər. Onlar ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmışlar. Çıxışlarda vurğulanmışdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlər əldə edilmiş, sosial sığorta və pensiya təminatı sahəsində uğurlu islahatlar aparılmış, pensiya və müavinətlərin artırılması, pensiyaçılara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 

DSMF sədri Səlim Müslümov çıxışında son illər fondun maddi-texniki bazasının möhkəmləndirildiyini, infrastrukturun tamamilə yeniləndiyini önə çəkərək, ümumilikdə, pensiyaçılara və sığortaolunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə respublikanın 70-dən yuxarı rayonunda yerli şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verildiyini bildirmişdir. O, vurğulamışdır ki, “Hər bir rayon şöbəsində müasir informasiya texnologiyalarına əsaslanaraq yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə,  sığorta-pensiya sistemində vətəndaş — məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanmışdır”. 

S.Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlərin tamamlanmaq üzrə olduğunu deyərək, bu prosesin yüksək səviyyədə icrası üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etmişdir. “Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir”- deyən DSMF sədri yeni binada çalışacaq kollektivin qarşısında yaradılmış müasir standartlara uyğun olaraq əhaliyə yüksək xidmət göstərmək tələbini qoymuşdur. Xüsusilə, işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların uçota alınması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğu vurğulanmışdır. 

Daha sonra tədbir iştirakçıları Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşlar. Binanın əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür müasir avadanlıqlarla təchiz olunması toplantı iştirakçıları tərəfindən bəyənilmişdir.

Z. BƏŞİRQIZI,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında