Qax şəhərinin və ətraf kəndlərin su təchizatı yaxşılaşdırılır

 

Hazırda ölkəmizin bütün regionlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da bununla bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. Artıq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Proqramına uyğun olaraq bölgələrdə bu istiqamətdə xeyli iş görülmüş, bir çox şəhər, kənd və qəsəbələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri başa çatdırılmışdır.

Hazırda isə dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri sürətlə davam etdirilir. “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə 2011-ci ilin noyabr ayında başlanmışdır. Xatırladaq ki, layihəyə əsasən, Qax şəhəri, Qaxbaş və Qaxinqloy kəndlərində 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 20 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.

İstehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün isə su mənbəyi Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilmişdir. Bulaq sularının toplanaraq şəhərə ötürülməsi məqsədilə suqəbuledici qurğu tikilmiş və bu mənbədən Qax şəhərinə qədər 250 millimetr diametrli borularla 6,7 kilometr magistral su xətti çəkilmişdir. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək məqsədilə inşa edilən və hər birinin tutumu min kubmetr olan 6 ədəd su anbarında hazırda son tamamlama işləri aparılır.

Ötən müddətdə Qax şəhərində ümumi uzunluğu 119 kilometr olan şəhərdaxili su şəbəkəsinin 55 kilometrlik hissəsi çəkilmiş, 2 minə qədər ünvan şəbəkəyə qoşulmuşdur. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə “smart-kart” tipli sayğacların quraşdırılması davam etdirilir. İndiyə qədər isə 5900 abunəçinin 237-si sayğacla təmin olunmuşdur. Bundan əlavə, şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanmışdır.

Layihəyə uyğun olaraq, Qax şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılır. Bu məqsədlə şəhərin Heydər Əliyev prospekti boyunca 17 kilometr uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatmış, 89,5 kilometr kanalizasiya şəbəkəsinin 34 kilometrlik hissəsində işlər yekunlaşmışdır. Qax şəhərinin, eləcə də Qaxbaş və Qaxinqloy kəndlərinin tullantı sularını idarə etmək üçün isə şəhərin kənarında məhsuldarlığı sutkada 8 min kubmetr olacaq çirkab sutəmizləyici qurğusu tikiləcəkdir.

Yeri gəlmişkən, Qax şəhərinin su təchizatı sistemi ötən əsrin 50-60-cı illərində yaradılmışdır. Yeni layihənin icrasınadək adıçəkilən şəhərin əhalisi çay və artezian sularından istifadə edirdi. Qaxda mövcud olmuş su şəbəkəsi hazırda istismara tam yararsızdır və şəhər əhalisinin təxminən yarısı mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında