Qaxda Mətbuat Günü qeyd edilib

Rayon icra hakimiyyətinin akt zalında Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq yubiley münasibətilə jurnalistləri təbrik etmiş, 135 illik tarixə malik Azərbaycan mətbuatının bu gün üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəldiyini bildirmişdir.
Natiq son illər Azərbaycanın bütün sahələr üzrə dinamik inkişaf etdiyini, Azərbaycan dövlətinin kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət göstərdiyini vurğulamışdır.
Sonra rayon icra hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Məhərrəm Məhərrəmovun "Milli mətbuat xalqımızın milli xəzinəsidir" mövzusunda məruzəsi dinlənilmişdir,
Məruzədə və çıxışlarda milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salınmış, ulu öndər Heydər Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açılmışdır.
Sonda mətbuat nümayəndələrinə qiymətli hədiyyələr təqdim olunmuşdur.{nl}

Gülçin ƏLİYEVA

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında