“Xocalıya ədalət” beynəlxalq kampaniyasının Bosniya və Herseqovinadakı fəalları Srebrenitsa qurbanlarının əziz xatirəsini anmışlar

 

Bosniya və Herseqovinanın müxtəlif bölgələrindən minlərlə insan Srebrenitsa qurbanlarının əziz xatirəsini anmaq üçün bu şəhərə axın etmişdir.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumundan AzərTAc-a bildirmişlər ki, Bosniya və Herseqovinadakı müharibə zamanı itkin düşmüş bir qrupun yaxın vaxtlarda tapılan nəşləri də digər qurbanların yanında dəfn edilmişdir.

 “Srebrenitsa anaları” İctimai Birliyinin sədri və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının yaxın dostu Munira Subaşiçin itkin düşmüş oğlu da dəfn olunanlar arasında idi.

 “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Bosniya və Herseqovinadakı fəalları “Bosnia-Azərbaycan” Cəmiyyətinin sədri Cavad Şahmanın başçılığı ilə  Srebrenitsaya təşkil olunan yürüşdə iştirak etmiş və qurbanların əziz xatirəsini anmaq üçün kampaniya adından şəhidlərin abidəsi önünə əklil qoymuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında