Azərbaycan-İran sərhədində Horadiz sərhəd-keçid məntəqəsi yenidən açılacaq

 

İranın Ərdəbil vilayətinin Parsabad qəsəbəsində yerləşən Aslandüz sərhəd-gömrük məntəqəsinin yenidən açılması bu yaxınlarda baş tutacaq.

 APA-nın məlumatına görə, bunu İranın “Press TV” kanalına açıqlamasında bu ölkənin  Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirmişdir.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan dərin mədəni, tarixi və dini əlaqələr digər sahələrdə əməkdaşlığın inkişafına da təsir edir: “Bu tendensiyanı qoruyub saxlamaq lazımdır. İranın Azərbaycanla quru sərhədinin uzunluğu 380 kilometrdən çoxdur və bu, iki xalq arasında əlaqələrin inkişaf etdirilməsi üçün vacib rol oynayır. Bu yaxınlarda Aslandüz sərhəd-gömrük məntəqəsi yenidən açılacaq”.

 Səfir əlavə etmişdir ki, tələb olunan avadanlıq artıq çatdırılmış və məntəqənin yenidən açılması üçün heç bir əngəl yoxdur: “Azərbaycan məntəqənin yenidən açılmasını alqışlayır. Bu hadisə sərhədə yaxın yaşayan insanların rifahının inkişafına töhfə verəcək”.

Qeyd edək ki, Horadiz (Azərbaycan) - Aslandüz (İran) sərhəd-keçid məntəqəsi 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına qədər fəaliyyət göstərmişdir. İşğaldan sonra məntəqənin fəaliyyəti dayandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında