ANAMA və BMT-nin İnkişaf Proqramı arasında Anlaşma Memorandumu imzalanmışdır

 

İyulun 12-də Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahında “Azərbaycanda minadan zərərçəkənlər üçün icma əsaslı kiçik biznes təlimləri və mikrokreditlər fondu” layihəsinin üçüncü fazasının başlanması ilə əlaqədar mərasim keçirilmişdir.

Mərasimdə ANAMA və BMT-nin İnkişaf Proqramı (İP) arasında Anlaşma Memorandumu imzalanmışdır.

Sənədi ANAMA-ın direktoru Nazim İsmayılov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek imzalamışlar.

Layihə çərçivəsində Ağcabədi, Beyləqan, İmişli, Saatlı və Biləsuvar rayonlarından, ümumilikdə, minadan zərərçəkən 40 nəfər mikrokreditlərlə təmin olunacaqdır. Layihə 15 ay davam edəcəkdir.

ANAMA-ın gördüyü işlər barədə danışan agentliyin direktoru Nazim İsmayılov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin böyük bir hissəsi minadan zərər çəkmişdir. Bu problemi aradan qaldırmaq üçün Azərbaycan Hökuməti BMT İnkişaf Proqramına müraciət etmişdir və milli potensialın yaradılmasında onların təcrübəsindən yararlanmışdır. BMT-nin bu sahədə təcrübəsi çoxdur. Bu nüfuzlu beynəlxalq təşkilatın təcrübəsindən istifadə müsbət nəticə vermişdir. Bu gün ANAMA tam sərbəst fəaliyyət göstərir və hökumətin tapşırıqları əsasında mina təmizləmə əməliyyatlarını, proqramlarını uğurla icra edir.

Direktor demişdir ki, bizim BMT ilə əməkdaşlığımız davam edir və yeni-yeni layihələr icra olunur. Bu gün imzalanan memorandum minadan zərərçəkənlərə yardım göstərməklə əlaqədardır.

N.İsmayılov vurğulamışdır ki, Azərbaycanda 1992-ci ildən bu günədək təxminən 3 minə yaxın şəxs minadan zərər çəkmişdir. Onlardan 500 nəfəri dünyasını dəyişmişdir. Bu da çox ciddi problemdir. Bu cür layihələr həyata keçirilməklə mülki əhali arasında mina hadisələrinin sayı sıfıra enmişdir. Amma minadan zərərçəkən  insanların fəal işə qaytarılması, onların cəmiyyətə inteqrasiyası üçün belə layihələr bizim üçün çox vacibdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek qeyd etmişdir ki, bizim ANAMA ilə uzunmüddətli əməkdaşlığımızın nəticəsi hazırda göz qabağında olan milli potensialdır. Milli kadrlar tərəfindən idarə olunan mina təmizləmə agentliyidir. ANAMA-nın imkanları yalnız Azərbaycan ilə məhdudlaşmır, bu agentlik elə bir səviyyəyə gəlib çatmışdır ki, ölkədən xaricdə də müxtəlif proqramlara və dövlətlərə mina təmizləmə sahəsində dəstəyini göstərməkdədir. BMT İP ilə ANAMA  arasında olan əməkdaşlığın hazırkı və növbəti sayılan mərhələsinin əsas məqsədi agentliyin mina təmizləmə imkanlarının genişləndirilməsi, beynəlxalq mina təmizləmə mərkəzi olaraq fəaliyyətini davam etdirməsi və minadan zərərçəkənlərə, onların ailələrinə yardımın göstərilməsidir.

Antonius Broek demişdir ki, bu layihədə minadan zərərçəkənlərə və onların ailələrinə kiçik kreditlər ayrılacaqdır ki, onlar öz işlərini, bizneslərini təşkil edə bilsinlər. Layihə çərçivəsində  40 nəfər minadan zərərçəkənə bu növ kreditlər  ayrılacaqdır. Bu istiqamətdə işlər Beynəlxalq Miqrasiya Təşkilatı və yerli qeyri-hökumət təşkilatı olan “Çıraq” tərəfindən həyata keçiriləcəkdir. Bu layihə üçün ANAMA və BMT İP 136 min ABŞ dolları vəsait ayıracaqlar.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri əvəzi Serhan Aktorpak təmsil etdiyi qurumun ANAMA  və BMT ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi layihələr barədə məlumat vermişdir.

Mərasimdə “Azərbaycanda Minadan zərərçəkənlər üçün yenilənən mikrokredit vəsaiti” sənədli filmi nümayiş olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında