Binəqədi rayonunda “Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və dövlətçilik” mövzusunda konfrans keçirilmişdir

 

Dünən Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və dövlətçilik” adlı konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ulu öndərin abidəsinin önünə güllər düzərək ehtiramlarını bildirmişlər. Daha sonra qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətində elektron xəritə, elektron kargüzarlıq sistemi, Sakinlərin Müraciəti Xidməti - 1646 və vətəndaşlara xidmət üçün yaradılmış digər texniki imkanlarla tanış olmuşlar.

Milli Məclisin deputatları, Binəqədi RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birlik nümayəndələri, veteranlar və  fəal gənclərin iştirak etdiyi tədbirdə öncə dahi liderə həsr olunmuş film nümayiş olunmuşdur.

 

Konfransda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  vurğulamışdır ki, hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünmüş, fəxr etmişdir. Dünyada şöhrət tapmış dövlət xadimləri, siyasətçilər uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adını çəkirlər. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir.

Xaləddin İsgəndərov rayon icra hakimiyyətinin əsaslı təmirdən sonra istifadəyə verilmiş inzibati binasının böyük akt zalında keçirilən bu tədbirin məhz ulu öndərə həsr olunduğunu diqqətə çatdırmışdır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində ən mühüm hadisələrdən biri azərbaycançılıq ideyasını formalaşdırmasıdır. Bu gün bu ideya yalnız qələbələr qazanır. Dahi liderin ilahi xüsusiyyətə malik olduğunu söyləyən komitə sədri vurğulamışdır ki, bu gün Azərbaycan onun yaratdığı siyasi xətt, siyasi idealogiya ilə dünyanın aparıcı dövlətinə çevrilmişdir.

Konfransda çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı qeyd etmişdir ki, bugünki Azərbaycan dahi liderin şah əsəridir. Onun sözlərinə görə, ümummilli lider Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə bağlı layihəni imzalamaqla Azərbaycanın tam iqtisadi müstəqilliyini təmin etmişdir. 

Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri Seymur Orucov çıxışında bildirmişdir ki, azərbaycançılığa, milli-mənəvi dəyərlərə üstünlük verən ümummilli lider Heydər Əliyev Azərbaycanda milli ruhun boğulmasına imkan verməmişdir. 1969-cu ildə Azərbaycana rəhbər təyin olunduqdan sonra ölkəmizi aqrar ölkədən sənaye ölkəsinə çevirən dahi lider həm də ziyalıya ziyalı, məmura məmur qürurunu qaytarıb və xalqda özünəinam hissi yaratmışdır.  Azərbaycanı necə deyərlər, quyunun dibindən kosmosa çıxaran Heydər Əliyev məhz belə xüsusiyyətlərinə görə ümummilli lider adını qazanmışdır.

Çıxışlardan sonra Binəqədi RİH-in elan etdiyi “Heydər Əliyev irsini öyrənirik” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında