Gömrük orqanları qaçaqmalçılıq hallarına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir

 

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir və bu günlərdə həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində daha bir narkotik qaçaqmalçılığının qarşısı alınmışdır.

Belə ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə respublika ərazisinə gətirilməsi barədə daxil olmuş məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində xüsusi əməliyyat tədbirləri həyata keçirilmişdir. Nəticədə rayonun girişində, yolun sağ tərəfində xüsusi yerdə gizlədilmiş  2 ədəd idman çantasındakı şəffaf sellofan paketlərdə 3 kiloqram  980 qram tiryək, 6 kiloqram 920 qram heroin, 4 kiloqram 925 qram həşiş qətranı, 6 kiloqram 520 qram qurudulmuş marixuana  və 3 ədəd şüşə flakonda ayrı-ayrılıqda həcmi 55 ml olmaqla, təsiredici maddəsinin miqdarı 0,165 qram olan metadon, ümumilikdə 22 kiloqram 51 qram çəkidə 5 adda narkotik vasitələri götürmək üçün Kərimov Pərvin Akif oğlu ilə birlikdə sonuncunun idarə etdiyi “QAZ-24” markalı, 68BA194 dövlət nömrə nişanlı avtomobillə həmin əraziyə gəlmiş Kərimov Xəyal Akif oğlu gömrük əməkdaşlarının yaxınlaşdığını görüb içərisində narkotik vasitə olan çantanı əraziyə tullayaraq gəldiyi maşınla oradan uzaqlaşmış və daha sonra Biləsuvar rayonu ərazisində saxlanılmışdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə cinayət işi başlanmış və ilkin istintaqla müəyyən edilmişdir ki, Kərimov Pərvin Akif oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə  qardaşı Kərimov Xəyal Akif oğlu və istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasının Germi şəhərində yaşayan üzvünə 2900 ABŞ dollarını, Azərbaycan Respublikası Cəlilabad şəhəri ərazisində 3700 ABŞ dollarını beh olaraq ödəmiş, qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri 2 ədəd idman çantasına qablaşdırılmış ümumi çəkisi 22 kiloqram 51 qram olan 5 adda narkotik vasitələri Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirərək Cəlilabad rayonunun girişində xüsusi yerdə gizlətmişlər.

Kərimov Pərvin Akif oğlu və Kərimov Xəyal Akif şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə onlara ittiham elan edilmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə külli miqdarda narkotik vasitələri qanunsuz dövriyyəsində iştirakı olan digər şəxsləri müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DGK Mətbuat Xidməti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında