Zaqatala xəbərləri

İctimai dinləmələr keçirilmişdir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Zaqatala Rayon İcra Hakimiyyəti ilə birlikdə İnsan Hüquqları üzrə Milli fəaliyyət planının icrası sahəsində görülmüş işlər barədə ictimai dinləmələr keçirmişlər.
İctimai dinləmələrdə icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, 110 və 111 saylı DSK-ların sədrləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açmışdır. İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının icrası sahəsində görülmüş işlər barədə icra hakimiyyəti başçısının müavini Elman Ramazanov məruzə etmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış etmişdir.
Seçki hüququnun təmini sahəsində görülmüş işlər, qarşıda duran vəzifələr barədə isə 110 saylı Zaqatala DSK-nın sədri Fikrət Mustafayev və 111 saylı Zaqatala-Balakən DSK-nın sədri Zöhrab İsmayılov çıxış etmişlər.
Tədbir sual-cavab, müzakirə şəklində davam etmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Daxili Qoşunların "N" saylı hərbi hissəsində olmuş, əsgərlərin yaşayış şəraiti ilə də tanış olmuşdur.
Əsaslı təmirdən çıxmış Zaqatala Mədəniyyət evi, Qala düzü massivinə qalxan pilləkənlərdə aparılan işlər, ahıllar üçün istirahət mərkəzi, 110 saylı Zaqatala DSK ilə tanışlıqdan sonra E.Süleymanova Yuxarı Çardaxlar kənd orta məktəbində olmuşdur.

{nl}

Jurnalistlərə mükafatlar verilmişdir
Rayon ica hakimiyyətində 22 iyul-Milli Mətbuatımızın yaranmasının 135 illik yubileyi ilə əlqədar tədbir keçirilmişdir.
Tədbirdə yerli və respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə jurnalistləri əlamətdar bayram münasibəti ilə təbrik etmiş, Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli yoldan, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışmışdır. Natiq eyni zamanda, milli mətbuatımızın çox zəngin tarixi inkişaf yolu keçdiyini, xalqımızın müstəqillik ideyalarının möhkəmləndirilməsində müstəsna rol oynadığını bildirmişdir. O, Azərbaycanda mətbuat və söz azadlığının müstəqillik qazanıldıqdan sonra bərqərar olması üçün hüquqi və iqtisadi bazanın yaradıldığını, bu sahədə ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulamışdır. Bu siyasi xəttin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Mübariz Əhmədzadə indi ölkəmizdə minlərlə qəzet və jurnalın nəşr edildiyini, özəl televiziya və radioların fəaliyyət göstərməsini demokratiyanın mühüm göstəricisi kimi dəyərləndirmişdir.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı "Zaqatala" qəzetinin əməkdaşlarına, habelə aparıcı kütləvi informasiya vasitələrinin bölgə müxbirlərinə milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə fəxri fərman və pul mükafatları təqdim etmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında