Əflatun Amaşov: Azərbaycanda heç bir jurnalist yazısına görə azadlıqdan məhrum edilmir

 

İndiki dövrdə Azərbaycanda praktiki olaraq heç bir jurnalist yazısına görə azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 11-də Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı demişdir.

Ə.Amaşov bildirmişdir ki, Azərbaycanda “Diffamasiya haqqında” qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də vardır. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərindən uzlaşdırılmasına ehtiyac duyulur.

Mətbuat Şurasının sədri qeyd etmişdir ki, “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ətrafında gedən müzakirələr onun beynəlxalq standartlara cavab verdiyi barədə rəy yaratmışdır. Şura sədrinin fikrincə, həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır. O, daha sonra demişdir: “Demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanda bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni, diffamasiya bizim üçün gedilməsi vacib olan yoldur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında