Binəqədi rayonunda keçirilən səyyar əmək birjası işaxtaranların razılığına səbəb olmuşdur

 

Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə səyyar əmək birjası təşkil edilmişdir. Biləcəri qəsəbəsindəki Dəmiryolçuların mədəniyyət və istirahət parkında keçirilən  tədbirdə qarşıya həmin ərazidə yaşayan işaxtaran vətəndaşları əmək bazarındakı mövcud vəziyyətlə tanış etmək, işaxtaranların işəgötürənlə birbaşa təmasını yaratmaq, Məşğulluq Mərkəzinə daxil olmuş vakansiyalar barədə onlara məlumat vermək məqsədi qoyulmuşdur.

Birjanın maraqlı və  məhsuldar olması  üçün Binəqədi Rayon Məşğulluq Mərkəzi rayonun digər idarə  və  təşkilatları ilə  qarşılıqlı əlaqələr yaratmışdır. Tədbirdə işaxtaran vətəndaşların sərəncamına  müxtəlif peşələr  və  ixtisaslar  üzrə 104 müəssisədən   814  boş  iş  yeri  təqdim edilmişdir. Başqa sözlə, 34 dövlət müəssisəsindən 521, 68 qeyri-dövlət müəssisəsindən 273, 2 xarici şirkətdən isə 20 vakansiya olmuşdur.

Monitorla təchiz edilmiş səyyar əmək birjasının avtobusundan əlavə olaraq vakansiyalar barədə məlumat və Dövlət Məşğulluq Mərkəzinin videoçarxı yayımlanmışdır.

Mərkəzin məsul  işçiləri tədbirdə iştirak  edən işaxtaran  vətəndaşlara müxtəlif fəal məşğulluq təbirləri  haqqında zəruri  məlumatlar verməklə  yanaşı, onları  maraqlandıran  məsələlər barəsində  məsləhətlərə  daha çox yer  ayırmışlar. Konstruktiv və  fərdi  yanaşma prinsipi  əsas  götürülən bu  tədbir yerli işaxtaran vətəndaşların razılığına səbəb  olmuşdur.

Səyyar əmək birjasına 156 nəfər müraciət etmişdir. Onlardan 36  nəfərə vakant iş yerlərinə göndəriş verilmiş, 8 nəfər Məşğulluq Mərkəzinin peşə kurslarına cəlb olunmaq üçün qeydiyyatdan keçmişdir.

Biləcəri bələdiyyəsi işaxtaran vətəndaşların səyyar əmək birjasına cəlb olunmalarında fəal mövqe nümayiş etdirmişdir.

Birjanın işaxtaranlar tərəfindən maraqla qarşılanması nəzərə alınaraq, bu kimi fəal  məşğulluq tədbirlərinin mütəmadi  olaraq təşkili nəzərdə  tutulmuşdur.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak etmişlər.

 

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında