Qayğıya görə minnətdaram Redaksiyanın poçtundan

 

 

Hörmətli redaksiya. Mən Sumqayıt şəhərində yaşayıram. Bu məktubu isə Naftalandan yazıram. “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində müalicə olunuram.

Bu sağlamlıq mərkəzi əsl cənnəti xatırladır. Müasir və yaraşıqlı korpus 94 çarpayılıqdır. Yeməkxana, müalicə və idman zalı, neft vannaları da binanın içərisindədir. Burada xəstələrin müalicəsi və normal istirahəti üçün hər cür şərait yaradılmışdır. Naftalan Sağlamlıq Mərkəzinə ölkə vətəndaşlarından başqa, xaricdən  də müalicəyə və istirahətə gələnlər var.

Sağlamlıq mərkəzinin həyəti göz oxşayır. Ərazidə iki minə yaxın müxtəlif ağac və gül kolları əkilmişdir. Bir sözlə, “Möcüzəli Naftalan” bura müalicəyə və istirahətə gələnlərə xoş duyğular, mənalı günlər, ən əsası isə sağlam həyat bəxş edir.

Mərkəzdə müalicə olunduğum ilk gündən tibb işçilərindən böyük diqqət və qayğı görmüşəm. Buna görə mərkəzin direktoru Elşən Əmiraslanova, baş həkim Gültəkin Süleymanovaya, müalicə həkimim Məlahət Rzayevaya, tibb işçilərinə, ümumiyyətlə, bizdən diqqət və qayğısını əsirgəməyən hər kəsə minnətdarlığımı bildirirəm.

Əli ABBASOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında