Müraciət edənlərin sayı artmışdır

 

Fonddan bildirmişlər ki, cari ilin 6 ayında göstərilən elektron xidmətlər vasitəsilə əhali tərəfindən 200 minə yaxın əməliyyat həyata keçirilmişdir. Bu ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

 Belə ki, fondun təqdim etdiyi xidmətlər “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə ən çox müraciət edilən elektron xidmətlər sırasındadır. Cari ilin ötən dövrü ərzində “Pensiya kapitalı barədə məlumat” (21 729 əməliyyat), “Məcburi dövlət sosial sığortasına  cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (21 659 əməliyyat), “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”(8370 əməliyyat), “Pensiya kalkulyatoru” (6 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olmuşdur.

Cari ilin ilk yarısında hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması xidmətindən yararlananların sayında da artım müşahidə olunmuşdur. Bununla bağlı 1 iyul 2013-cü il tarixinə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 010 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına (“Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilmişdir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 76 yerli orqanı üzrə 590 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunmuşdur.

2013-ci ilin yanvar-iyun ayları ərzində 43 368 sığortaedən tərəfindən 131 583 əməliyyat aparılmış və cəmi 12 055 665,65 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilmişdir. Fond tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da asanlaşdırılması, əlavə vaxt itkisinin qarşısının alınması, insan amilinin rolunu son dərəcə azaldılması ilə nəticələnmişdir.

Sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 8-dən 25-ə çatdırılmışdır.

Fonddan həmçinin bildirmişlər ki, 2013-cü ilin 6 ayı ərzində DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalmışdır. Belə ki, ötən 2012-ci ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 35 faiz artmışdır.

Cari ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 1620 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil etmişdir. Qeyd olunan dövr ərzində MDB ölkələrindən fonda 1148 müraciət göndərilmişdir. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən fonda 88 müraciət ünvanlanmışdır. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 384 müraciət isə ayrı-ayrı xarici ölkələrin və yerli rayon şöbələrinin, həmçinin vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında