Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

İyulun 9-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstanın daxili işlər naziri Qulam Mujtaba Patangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Kəmaləddin Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.

Qonaq hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.

Görüşdə, həmçinin Əfqanıstan İslam Respublikasının müvafiq qurumlarının əməkdaşlarının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gələcəkdə uzunmüddətli təhsil almaları perspektivləri müzakirə olunmuşdur.

Sonra nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında