“Şahdağ” Qış-Yay Turizm Kompleksi və Andorranın “PGI Management” şirkəti arasında saziş imzalanmışdır

 

İyulun 9-da Azərbaycanın “Şahdağ” Qış-Yay Turizm Kompleksi və Andorranın “PGI Management” şirkəti arasında saziş imzalanmışdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sənədi “Şahdağ” Qış-Yay Turizm Kompleksinin direktoru Emin Həşimov və “PGI Management”in prezidenti Con Viladomat imzalamışlar.

 Sazişə əsasən, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ərazisindəki “Zirvə”, “Gaya Residence” və “Shahdag Hotel&SPA” mehmanxanalarının idarəçiliyi 3 il müddətinə “PGI Management” şirkətinə verilmişdir.

1955-ci ildən fəaliyyət göstərən “PGI Management” şirkəti Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının sahibidir. Şirkət ildə 5 milyon turistə xidmət göstərir. Portuqaliya, İspaniya, Rusiya və digər ölkələrdə mehmanxana biznesinə malikdir.

“PGI Management” şirkəti 2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək “Şahdağ” Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirmişdir. Ötən mövsüm Andorra şirkəti əməkdaşlarının süni qaryağdırma sistemlərinin, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsini sübut etmişdir. Bununla bağlı “PGI Management” şirkətinin kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında