“Söz” jurnalının 20 illiyi qeyd olundu

 

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Söz” müstəqil ədəbi-publisistik jurnalının

20 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev açaraq bildirdi ki, “Söz” jurnalı heç zaman dövriyyə fasiləsinə yol vermədən 20 ildir fəaliyyət göstərir. Jurnalın naşiri və ilk baş redaktoru tanınmış şair-dramaturq Şəkər Aslan olsa da, artıq 18 ildir ki, “Söz”ün bütün ağırlığı və məsuliyyəti Sevda Əlibəylinin  üzərinə düşür. Qeyd olundu ki, Azərbaycanın cənub   bölgəsindən pərvazlanan jurnal hazırda bütün ölkəni əhatə edir.  Bir sözlə, dünyanın hansı yerində azərbaycanlılar yaşayırsa, “Söz” orada böyük maraqla oxunur. Mövzu dairəsi rəngarəng olan jurnalın müxtəlif saylarında tanınmış ədəbi simalarla müsahibələr dərc olunmuş, əsərlərindən nümunələr verilmişdir. Ç. Abdullayev daha sonra bildirdi ki, dəyərli həyat və yaradıcılıq yolu olan Sevda Əlibəyli jurnalın müntəzəm nəşri üçün gərgin əmək sərf etmiş, ötən illərdə müxtəlif media mükafatları, Rəsul Rza adına beynəlxalq ədəbi mükafatı, Həsən bəy Zərdabi medalı ilə təltif olunmuşdur. Jurnalın yubileyi ərəfəsində isə o, AYB-nin təqdimatı əsasında bir illik Prezident mükafatına layiq görülmüşdür.

Tədbirdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, ölkəmizin ilk poliqrafçı alimi Şəddat Cəfərov, tibb elmləri doktoru, akademik, əməkdar elm xadimi Südeyf İmamverdiyev, filologiya elmləri doktoru, professor Hacı İfrat Əliyeva, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, filologiya elmləri doktoru, professor Aqşin Babayev, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, tənqidçi alim Vaqif Yusifli, alim-yazıçı Yaşar Rzayev və başqaları çıxış edərək yubiley münasibətilə kollektivi təbrik etdilər, əməkdaşlara yeni yaradıcılıq uğurları arzuladılar. Çıxışlarda “Söz”ün keçdiyi keşməkeşli, çətin yollardan, heç bir sponsoru, xüsusi himayədarı olmadan bu günə kimi nəşr olunmasından, jurnalın uğurlarından söz açıldı.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında