Azərbaycan Respublikasının fövqəladə hallar naziri Xaçmazda vətəndaşları qəbul etmişdir

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 8-də nazirliyin Xaçmaz şəhərində yerləşən Şimal Regional Mərkəzində vətəndaşları qəbul etmişdir.

Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak etmişlər. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul və qəzalı vəziyyətdəki evlərin təmiri ilə bağlı olmuşdur.

Nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Gün ərzində K.Heydərov tərəfindən qəbul edilən  vətəndaşların müraciətlərinin bəziləri yerindəcə öz həllini tapmışdır.

Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında