Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibətilə fətva vermişdir

 

İyulun 8-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) mübarək Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Qurani-Kərimdən ayələr səsləndikdən sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik etmiş, bu müqəddəs ayın əhəmiyyətindən danışmışdır. O, insanların Ramazan ayında xeyirli əməllərlə məşğul olmalarının vacibliyini vurğulamış və şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Görkəmli ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər çıxış edənlər də insanın mənəvi saflığı üçün orucluğun əhəmiyyətindən söhbət açmışlar. Vurğulanmışdır ki, Azərbaycanda dini tədbirlərin, mərasimlərin keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Sonra QMİ-nin Qazılar Şurasının mübarək Ramazan ayının başlanması münasibətilə fətvası oxunmuşdur.

Fətvada bildirilir ki, mübarək Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyul ayının 10-na təsadüf edir. İyul ayının 9-u orucluğun niyyət gecəsidir (ehtiyat üçün iyulun 9-da da qəza və ya müstəhəb niyyətlə oruc tutmaq məsləhətdir). Təzə ayın görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə avqustun 8-nə və ya 9-na düşəcəkdir.

Fətvada deyilir ki, QMİ hər il olduğu kimi, bu il də oruc tutan qardaş və bacılarımıza kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlamışdır. Müsəlmanlara Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanmış, elmə əsaslanan, milli-mənəvi birliyimizə xidmət edən bu cədvələ riayət etmək tövsiyə edilir. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, imamlara, axundlara həvalə olunur.

Diqqətə çatdırılır ki, müqəddəs Ramazan ayında uca Allahdan işğal edilmiş torpaqlarımızın azad olunması üçün dualar edir və Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirik. Xalqımızın xoş gələcəyi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi naminə çalışan Prezident İlham Əliyev başda olmaqla hər birimizin ülvi niyyətlərinin yerinə yetməsini Allah-Təala bizlərə nəsib etsin.

Fətvanın sonunda deyilir ki, məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərini Allah-Təala hər birimizə nəsib etsin, orucumuz, ibadət və dualarımız uca Tanrı tərəfindən qəbul olunsun!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında