ARDNŞ-də Azərbaycan milli mətbuatının 135 illik yubileyi qeyd edilmişdir

İyulun 21-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə iştirak edən mətbuat işçilərini bayram münasibətilə təbrik edərək, Azərbaycan mətbuatının Həsən bəy Zərdabi dövründən bu günədək keçdiyi tarixi yoldan söz açmış, hazırda respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə bütün imkanların yaradıldığını bildirmişdir.
Azərbaycanda söz və mətbuat azadlığı sahəsində mövcud vəziyyət barədə danışan X.Yusifzadə ulu öndər Heydər Əliyevin hələ 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə mətbuatımızın maddi-texniki bazasının yüksək səviyyədə inkişaf etdirildiyini, bu sahədə kadrların yetişdirilməsinə xüsusi qayğı göstərildiyini diqqətə çatdırmışdır. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə mətbuat üzərindən senzuranın götürüldüyü, KİV-lərə fəaliyyət sərbəstliyi verildiyi vurğulanmışdır.
Tədbirdə mətbuat orqanlarının nümayəndələri çıxış edərək, onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmiş, ünvanlarına deyilən xoş sözlər üçün təşəkkür etmişlər. Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam dövlətimizin başçısının jurnalistlərə göstərdiyi yüksək diqqət və qayğının bariz ifadəsidir.
Yığıncağın sonunda bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında