Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası rəhbərlərinin növbəti iclası keçiriləcək

 

Qırğızıstanda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası (TAKM) rəhbərlərinin növbəti iclası keçiriləcək.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, iclas iyul ayının sonlarına doğru Qırğızıstannın paytaxtı Bişkek şəhərində keçiriləcək. Hazırda həmin iclasın keçirilməsi vaxtının və müzakirə ediləcək məsələlərin gündəliyinin müəyyən edilməsi məqsədilə assosiasiyanın üzv dövlətlərinin – Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun görüşü keçirilir.

Qeyd edək ki, bu il yanvarın 29-da Bakıda Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu, Azərbaycan daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Qırğızıstan DİN Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin iştirakı ilə Bakıda iclas keçirilmişdi. İclasda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (üzv ölkələrin rəsmi adlarının baş hərfləri ilə TAKM) yaradılması haqqında anlaşma memorandumu imzalanmışdı.

Qeyd olunmuşdu ki, yeni təşkilat Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan respublikalarının müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərini genişləndirəcək, təlim-tədris prosesinin, hərbi qulluqçuların xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübənin yayılmasına geniş imkanlar yaradacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında