“Mən Azərbaycanlıyam” onlayn yarışması

 

Xəbər verdiyimiz kimi, iyunun 1-dən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan “Mən Azərbaycanlıyam” milli bilik yarışması start götürmüşdür.

Yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə iştirak etmək mümkündür.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumatda bildirilir ki, yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə isə mobil operatorların 10 manatlıq danışıq kartları təqdim olunacaq. Ayın qaliblərinə iPhone və iPad, super finalın qaliblərinə pul mükafatları veriləcək.

Super finalın qalibi əgər İKT ixtisası üzrə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.

Super final 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək və bütün qaliblər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən olunmuş məkanda toplanaraq öz aralarında yarışmaqla 3 qalib müəyyən olunacaq.

Qeyd edək ki, artıq yarışmanın ilk ongünlüyünün qaliblərinə hədiyyələr təqdim edilmiş, bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində xüsusi tədbir keçirilmişdir.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında