Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyə bilərsiniz

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) növbəti interaktiv sorğu keçirilmişdir. Budəfəki sorğu zamanı respondentlərə “Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyirsinizmi” sualı ünvanlanmışdır.

Sorğuya qatılanların 58,1 faizi iş yerində əmək müqaviləsi ilə çalışdığını və fərdi şəxsi hesabını izlədiyini bildirmişdir. Respondentlərin 13,6 faizi suala “Xeyr, əmək müqaviləsi olmadan çalışıram və fərdi hesabıma ödəmələr həyata keçirilmir” cavabını vermişdir. Sorğu iştirakçılarının 28,3 faizi elektron xidmət vasitəsilə fərdi şəxsi hesabın izlənilməsinin mümkünlüyündən məlumatsız olduğunu qeyd etmişdir.  Sorğunun nəticələri göstərir ki, respondentlərin təxminən 60 faizə yaxını fərdi şəxsi hesabını izləsə də, yerdə qalan 40 faizə yaxın sorğu iştirakçısı ya əmək müqaviləsi ilə çalışmaması, ya da belə bir xidmətin istifadəyə verilməsindən məlumatsız olması səbəbindən öz fərdi hesabını izləmir. Bu isə aparılan maarifləndirmə işlərinə rəğmən hələ də əhalinin müəyyən hissəsinin özünün gələcək sosial təminatına biganə münasibət göstərdiyini deməyə əsas verir.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, istənilən əmək müqaviləsi ilə çalışan vətəndaş hər hansı ödəmə həyata keçirmədən, DSMF-nin internet saytında və “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşdirilən istifadə qaydalarına uyğun olaraq qeydiyyatdan keçib öz fərdi hesabının daimi izləyicisinə çevrilə bilər. Fərdi hesabın izlənilməsini mümkün edən “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malikdir. Xidmət vasitəsilə  istənilən sığortaolunan onun üçün sığorta edən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə bilir. Həmçinin o, öz pensiya kapitalına, həm də işə götürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazanır.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında