Ankarada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü qeyd edilmişdir

 

İyunun 28-də Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə Ankaradakı “Park Hotel” mehmanxanasında tədbir keçirmişdir.

Səfirlikdən bildirmişlər ki, tədbirdə Türkiyənin müdafiə nazirinin müavini, general-polkovnik Ümit Dündar, Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat departamentinin rəisi, general-polkovnik Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyat departamentinin rəisi, general-polkovnik Erdal Öztürk, Jandarm Qüvvələri Komandanlığının qərargah rəisi, general-polkovnik Osman Eker, Quru Qüvvələri Komandanlığının qərargah rəisi, general-polkovnik Salih Zeki Çolak, Hava Qüvvələri Komandanlığının qərargah rəisi, general-polkovnik Nezih Damcı, Dəniz Qüvvələri Komandanlığının qərargah rəisi, general-polkovnik Veysel Kösele, digər yüksək rütbəli zabitlər, Ankarada təhsil alan kursantlarımız,  diplomatik korpusun rəhbərləri, təmsilçiləri və hərbi attaşeləri, elm və incəsənət xadimləri, KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Daha sonra ziyafət verilmişdir.

Tədbir iştirakçılarına səfirliyin türk dilində nəşr etdirdiyi “İlham Əliyev” və “Heydər Əliyev” kitabları və “İrs-Miras” və “Diplo Atlas” jurnalları təqdim olunmuşdur.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında