Naxçıvanda çimərlik istifadəyə verilmişdir

 

İsti yay günlərində muxtar respublika əhalisinin istirahətinin səmərəli təşkili və sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır, mövcud təbii imkanlardan geniş istifadə edilir. Bu məqsədlə su anbarlarında yaradılan çimərliklər xüsusi əhəmiyyət daşıyır.

İyunun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Uzunoba su anbarındakı çimərlik zonasına gəlmiş, burada yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev məlumat vermişdir ki, çimərlik zonasının ərazisi 1,5 hektardır. Qumlu sahil xəttinin uzunluğu 550, eni isə 60 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4, eni isə 50 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulmuşdur.

Qeyd olunmuşdur ki, çimərlik ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılmışdır. Ərazidə günlüklər quraşdırılmış, paltardəyişmə yerləri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılmış, ictimai-iaşə xidməti təşkil olunmuşdur. Həmçinin burada su idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait vardır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin şəxsi heyəti əyani şəkildə axtarış-xilasetmə tədbirlərini nümayiş etdirmişdir.

Bildirilmişdir ki, çimərlikdə insanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınmışdır. Burada 2 müşahidə qülləsi, ilkin tibbi yardım məntəqəsi yaradılmış, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin dalğıc geyimləri və ləvazimatları ilə təchiz olunmuş xilasedici qrupu ərazidə xidmət göstərir.

Ali Məclisin sədri mövsüm ərzində aidiyyatı qurumlar tərəfindən çimərlikdə suyun təmizliyinin nəzarətdə saxlanılması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında