Elektron-hökumət infrastrukturu genişlənir

 

İnformasiya texnologiyaları artıq cəmiyyətin inkişafında mühüm amilə çevrilmişdir.Ulu öndər Heydər Əliyevin  fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu gün ölkəmizdə uğurla həyata keçirilir.

 Respublikamızda elektron xidmətin  tətbiqi    sahəsində qazanılan  uğurlar  bunu bir daha təsdiq edir. Bu gün Avropa Birliyi ölkələrində  vətəndaş cəmiyyətinə  və biznes  sektoruna göstərilən  20 əsas  elektron xidmət  növünün  əksəriyyəti  Azərbaycanda da  tətbiq edilməkdədir. Artıq ölkəmizdə  sahibkarlıq  fəaliyyəti onlayn  qeydiyyata  alınır, elektron  vergi və gömrük bəyənnamələr təqdim edir, daşınmaz əmlakla bağlı  sənədlərin,  müxtəlif fəaliyyət  növlərinə lisenziyaların, icazələrin  verilməsi, pensiya və ünvanlı  sosial yardımların təyinatı, telefon çəkilişi  və internetə qoşulmaq  üçün müraciətlərin və tələb olunan  sənədlərin qəbulu  elektron formada  həyata keçirilir və bu say sürətlə artır.

Rabitə və İnformasiya Texnolologiyaları Nazirliyi tərəfindən  bəzi fəaliyyət növlərinə  xüsusi razılıq (lisenziya)  verilməsi, nömrə resurslarının  ayrılması,  radiorabitə vasitələrinin  qeydiyyatı, elektron imzanın verilməsi,  internetə qoşulma,  telefon çəkilişi, nömrənin dəyişdirilməsi və digər  xidmətlərin elektron formada  həyata keçirilməsi təmin edilmişdir. 

2008-ci ildə yeni  “Silverkey” şirkəti tərəfindən  Azərbaycanda  ilk onlayn  ödəmə  sistemi - “GoldenPay”  yaradılaraq istifadəyə verilmiş və bu,  ölkədə elektron  ticarətin təşkili  istiqamətində  mühüm addım olmuşdur.

Elektron imza xidmətindən  istifadə məqsədilə müraciət edən  dövlət hakimiyyəti orqanlarına,  hüquqi və  fiziki  şəxslərə  ümumilikdə 11928 elektron imza verilmişdir.

Dövlət orqanlarının informasiya sistemləri  arasında informasiya mübadiləsinin aparılması  və onların elektron xidmətlərinin “bir pəncərə”  prinsipi əsasında göstərilməsi  məqsədilə  “elektron hökumət” portalı yaradılaraq  2012-ci ilin aprelindən  əhalinin  istifadəsinə verilmişdir. “Elektron hökumət” portalına qoşulan dövlət orqanlarının sayı 40-a çatdırılmış  və portal vasitəsilə 215 elektron xidmətin göstərilməsi təmin edilmişdir.

Ölkədə elektron imzanın istifadəsi üzrə Açıq Açar İnfrastrukturu  qurulmuş və Milli Sertifikat Xidmətləri  Mərkəzi  yaradılaraq  2011 -ci ilin  sentyabrından işə salınmışdır.

 Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya  sistemlərinin dövlət reyestrləri yaradılmışdır. Bütün bunlar təkcə  elektron-hökumət portalının  yaradılıb inkişaf etdirilməsi ilə mümkün olmuşdur. Gələcəkdə də ölkədə  bu sahədə işlər davam etdiriləcək.

 M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında