Gənclər və İdman Nazirliyində ölkəmizdə səfərdə olan rusiyalı gənclərlə görüş

İyulun 20-də Gənclər və İdman Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Gənclərinin İctimai Palatasının üzvləri, tələbə təşkilatlarının sədrlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Artıq dördüncü ildir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya gənclərinin Azərbaycana səfəri təşkil olunur. Səfərin məqsədi gənclərin Azərbaycan haqqında məlumatlarının artırılması, birgə əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
Görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirliyin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verərək bildirmişdir ki, ölkəmizdə həm gənclər, həm də idman sahəsində mühüm islahatlar aparılmışdır.
Nazir müavini Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələrdən danışmışdır.
İ.Babayev Rusiya gəncləri ilə sıx əməkdaşlığı məmnunluqla vurğulamışdır.
Qonaqlar xoş münasibətə görə minnətdarlıq etmiş, belə səfərlərin gələcəkdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı daha da möhkəmləndirəcəyinin əhəmiyyətindən danışmışlar.
Qeyd edək ki, sabah qonaqların Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulur.
Səfər iyulun 23-dək davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında