“Ozümüzü narkomaniyadan qoruyaq” adlı aksiya keçirilmişdir

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Ozümüzü narkomaniyadan qoruyaq” adlı küçə aksiyası keçirilmişdir.

Aksiya zamanı Sahil bağında və şəhərin müxtəlif yerlərində əhali arasında narkomaniyanın fəsadlarından bəhs edən 500-dən çox  buklet və broşürlər Bakı şəhər ictimaiyyətinə paylanmış, onlara tədbirin məqsədi barədə məlumat verilmişdir.

Ölkə başçısının sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiq edilib. Narkomaniya ilə mübarizə istiqamətində də  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi çoxsaylı tədbirlər həyata keçirir.

Onu da qeyd edək ki, rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir. Statistik məlumatlarda ölkədə 27 min nəfərə yaxın narkoman olduğu bildirilir. Bu rəqəm 2010-cu ildə 25 min 489 nəfər təşkil edib. Təəssüfedici hal odur ki, narkomaniya gəncləşməkdədir.

Leyla QURBANOVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında