Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqə yaratmaq barədə Vyetnam nümayəndə heyəti ilə razılığa gəlinmişdir

 

Azərbaycanda səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini, bu ölkənin Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti iyunun 28-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşdür.

Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qurumun sədri R.Rzayev Vyetnam Milli Məclisinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirmişdir. Ramiz Rzayev ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf etdiyini vurğulamışdır.

Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin qurumun strukturunda və fəaliyyətində əksini tapması barədə qonaqlara məlumat vermişdir. Bildirilmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.

Vyetnam nümayəndə heyətinin rəhbəri Uonq Çu Lu Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Qonaq iki ölkə arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Görüşdə Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqə yaratmaq barədə razılığa gəlinmişdir. Həmçinin hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonra vyetnamlı qonaqlar Ali Məhkəmənin inzibati binasında yaradılan şəraitlə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın  məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Vyetnamın nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında