Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə əməkdaşlıq genişlənir

 

İyunun 22-24-də Çin Xalq Respublikasının Cinan şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) “Texniki yardım və məlumat mübadiləsi” mövzusunda V seminarı keçirilmişdir.

Dünyanın 70-dən çox ölkəsinin nümayəndələrinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin ədliyyə, məhkəmə, prokurorluq orqanları rəhbərlərinin və digər beynəlxalq təşkilatların əməkdaşlarının qatıldıqları tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev və daxili təhlükəsizlik xidmətinin rəisi Elşən Abbasov təmsil etmişlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimin açılışında Çin Xalq Respublikasının baş prokuroru, İAACA-nın prezidenti Çao Cianminqin, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamiltonun və digər şəxslərin çıxışları olmuşdur.

Plenar iclaslarda Avstriya və Belarus respublikalarının baş prokurorları, eyni zamanda, ölkəmizin nümayəndə heyətinin üzvləri və digər iştirakçı dövlətlərin səlahiyyətli təmsilçiləri cinayətkarlığın, o cümlədən korrupsiyanın qarşısının alınmasında texniki yardım və məlumat mübadiləsinə dair mühazirələr və təqdimatlarla çıxış etmişlər.

Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən qanunverici və praktiki islahatlar, əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat vermiş, səmərəli fikir mübadiləsi aparmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında