Əmək və əhalinin sosial müdafiəsi naziri ölkənin qərb bölgəsində vətəndaşları qəbul etmişdir

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq növbəti tədbir iyunun 28-də Ağstafa rayonunda keçirilmişdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov burada Ağstafa rayonu ilə yanaşı, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarından vətəndaşları, eləcə də Kəlbəcər rayonundan olan məcburi köçkünləri qəbul etmişdir.

Vətəndaşlar əsasən ünvanlı sosial yardımın təyin olunması, mənzil problemi və digər sosial xidmətlərlə bağlı müraciətlər etmişlər.

Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlər nazirliyin müvafiq strukturlarının əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılmışdır. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbulda, həmçinin fəal sosial müdafiə tədbirlərinə, o cümlədən “Özünədəstək” proqramına cəlb olunmaq üçün müvafiq aztəminatlı ailələrin müəyyən edilməsi də diqqətdə saxlanılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında