Fövqəladə hallar naziri Gəncədə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq iyunun 28-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında vətəndaşları qəbul etmişdir.

Nazir Gəncə ilə yanaşı, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarından olan 100-dən artıq vətəndaşı qəbul edərək onların müraciətlərini dinləmişdir.

Qəbula gələnlər nazirə onları narahat edən məsələlərlə bağlı fikirlərini çatdırmışlar.

Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumların rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar ayrı-ayrılıqda dinlənilərək problemləri ilə maraqlanılmış, bəzi məsələlər elə yerindəcə həll edilmiş, qalanları isə nəzarətə götürülmüşdür.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətinə aid olmayan sahələrlə bağlı qaldırdıqları məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında