Əsgər və zabitlər arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibəti ilə  Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.

Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışmış və qeyd etmişdir ki, ordumuzun yaranması müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biridir.

Yarışda yeddi hərbi hissənin komandası iştirak etmişdir. Komandaların tərkibi 6 əsas və 2 ehtiyat oyunçulardan ibarət olmuşdur. Komandalara verilən suallar Azərbaycan hərb tarixinə və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid edilmişdir.

Tədbirin sonunda qaliblər Baş İdarə tərəfindən  fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Leyla QURBANOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında