Səbaillilər cəbhə bölgəsində

 

Səbaillilər Azərbaycan Ordusunun 95 illik yubileyini cəbhə bölgəsində qeyd etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyini Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri hamilik etdikləri Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsinin əsgər və zabitləri ilə birlikdə qeyd etmişlər.

Qonaqlar əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşmüşlər.

Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqları, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra təntənəli görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz üçün yaratdığı yüksək şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. A.Əsgərov ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu bildirmişdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərləri bayram münasibəti ilə təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə və məzuniyyətə göndərilməklə mükafatlandırılmışdır.

Hərbi hissənin komandiri polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayonu ilə  əlaqələrin daha da möhkəmləndirilməsinə və Silahlı Qüvvələr günü münasibəti ilə tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, belə görüşlərin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərə ruh yüksəkliyi gətirdiyini vurğulamışdır.

Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilmiş, sonra respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunmuşdur. Sonda qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.

***

Səbail rayonunun nümayəndələri rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki “N” saylı hərbi hissəsinin də qonağı olmuşlar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Silahlı Qüvvələrin yaranmasının 95 illiyi münasibəti ilə əsgər və zabitləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışlar. Hərbi hissənin şəxsi heyətinə Səbail RİH-nin qiymətli hədiyyələri təqdim olunmuşdur. Burada da bayram konserti təşkil olunmuşdur.

R.TAHİR, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında