Hərbi xidmətə çağırılmış gənclər iyunun 30-dan etibarən təyin olunduqları hərbi hissələri internet vasitəsilə öyrənə biləcəklər

 

İyunun 30-dan etibarən Azərbaycanda çağırışçılar ilk dəfə xidmət edəcəkləri hərbi hissələri internet vasitəsilə öyrənə biləcəklər.

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov məlumat vermişdir.

A.Rəhimov bildirmişdir ki, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vahid məlumat sisteminin yaradılması prosesi həyata keçirilir.

Xidmət rəisinin sözlərinə görə, hərbi xidmətə çağırılan hər bir gənc iyunun 30-dan özü haqqında məlumatları qurumun saytına (www.seferberlik.gov.az) daxil etməklə  öz xidmət yerlərini, hansı hərbi hissədə, hansı qoşun növündə xidmət edəcəkləri barədə məlumatları əldə edə biləcəklər. Əvvəllər bu məsələ telefon vasitəsilə həyata keçirilirdi və eyni zamanda biz bu məlumatları yerli şöbələrə də göndərirdik. İndi də yerli şöbələrə məlumatlar göndəriləcəkdir. Amma hər bir orduya çağırılan gənc özü haqqında məlumatları xidmətin internet saytına daxil etməklə də öyrənə biləcəkdir.

A.Rəhimov demişdir ki, Xidmət yarandıqdan sonra hərbi xidmətə çağırışda birinci növbədə şəffaflıq yaradılmışdır. İndi hər hansı bir çağırışçı ordu sıralarına göndərilən zaman onun, ümumiyyətlə, soyadı, adı ilə iş təşkil olunmur. Artıq bu işlər  çağırışçıların şəxsi məlumatları, yəni, onların sağlamlıq dərəcəsi, boyları, çəkiləri, valideynləri, sosial vəziyyətləri nəzərə alınmaqla həyata keçirilir. Bu məsələ də artıq kompyuter vasitəsilə reallaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında