Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin məlumatı

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirmişlər ki, son günlər mətbuatda minik avtomobillərinin şüşələrinə plyonka və pərdələrin vurulması haqqında mövcud qaydalara qismən dəyişiklik edilməsi ilə əlaqədar müəyyən məlumatlar yayılmışdır.
Qeyd etmək lazımdır ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində sürücünün görmə dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını azaldan hər hansı formada və ölçüdə örtüklər (pərdə, plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar kimi müəyyən olunmuşdur.
Dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti - küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilmişdir. Minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olunmaqla tündləşdirilməsi - qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır. Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə məhdudiyyət qoyulmur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında