Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdədir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının nəzarət nazirinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Nümayəndə heyətinə komissiyanın əməkdaşlarından başqa, Prezident Administrasiyasının məsul əməkdaşı da daxildir.

Azərbaycan nümayəndə heyətinin Çinin nəzarət naziri Xuanq Şusian ilə görüşündə ölkələrimizin dostluq və əməkdaşlıq münasibətləri vurğulanaraq, iki qurum arasında təcrübə mübadiləsinin vacibliyindən, dövlət qulluğunda antikorrupsiya və şəffaflıq tədbirlərinin zəruriliyindən, dövlət qulluğu sahəsi üzrə fəaliyyətin prioritet istiqamətlərindən bəhs edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının beynəlxalq səviyyədə daim bir-birilərinə dəstək vermələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Çinin ədalətli mövqeyi xüsusi vurğulanmışdır.

Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasının nəzarət nazirinin müavini Xao Minqcinin başçılığı ilə nazirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti arasında da görüşü keçirilmişdir. Görüşdə hər iki ölkənin dövlət qulluğu sahəsi ilə bağlı məsələlər müzakirə edilmiş və gələcəkdə həyata keçiriləcək tədbirlər açıqlanmışdır.

Azərbaycan nümayəndə heyətinin Çinin insan resursları və sosial təminat nazirinin müavini Yan Şiçyu ilə görüşündə isə dövlət qulluğuna işə qəbulla bağlı fikir mübadiləsi aparılmışdır.

Çinin İnsan Resursları və Sosial Təminat Nazirliyinin strukturuna daxil olan Test Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan Azərbaycan nümayəndə heyəti üçün imtahanların keçirilməsi proseduruna dair təqdimat edilmişdir. Dövlət qulluğuna qəbul və vəzifədə yüksəliş məsələləri barədə Azərbaycanın təcrübəsi haqqında məlumat verilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çinin Quancou və Nankin şəhərlərində müvafiq yerli qurumlarda görüşləri də nəzərdə tutulmuşdur.

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında