Zərdab Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi olmuşdur

 

Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyi ərəfəsində – iyunun 27-də Zərdab Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilmişdir.

Məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilmişdir. Yeni tikilidə 37 xidməti otaq və 100 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik qazanxanası və havalandırma sistemləri, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.    

Daha sonra mərasim iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, müvəqqəti  saxlama yerinə baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuşlar.

Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirmiş, Zərdab RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə etmişlər. Qeyd olunmuşdur ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, eyni zamanda,  şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşmasına yüksək diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak etmişlər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında