Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Koreya Respublikasının müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir

 

İyunun 25-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Koreya Respublikasının hakim “Senuri” Partiyasının və Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitəsinin sədri Yu Ki Cunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, nazir Kəmaləddin Heydərov qonaqlara Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən tədbirlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Nazir həmçinin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üzrə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Yu Ki Cun ölkələrimiz arasında müvafiq qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında