Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin M Ə L U M A T I

 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi radikal müxalifətin nəzarətində olan və Naxçıvan Muxtar Respublikası haqqında qara piar kampaniyası aparmağa vərdiş etmiş mətbuat vasitələrində bir çox qondarma qurumların üzvü kimi təqdim edilən İbrahim İbrahimlinin, guya, Naxçıvan Muxtar Respublikasına qardaşı oğlunun yas mərasiminə buraxılmaması kimi təqdim olunan məlumatların tam  əsassız və uydurma olduğunu bildirir.

Nümayəndəlik qeyd olunan əsassız iddialarla əlaqədar ölkə ictimaiyyətinin diqqətinə çatdırır ki, İbrahim İbrahimlinin qardaşı oğlu 1987-ci il təvəllüdlü İbrahimov Orxan Məhəmmədəli oğlu heç də qəfil ürək tutmasından vəfat etməmiş, 17 iyun 2013-cü il tarixdə Naxçıvan şəhərində yaşadığı mənzilin hamamında özünü asaraq intihar etmişdir. İstintaq prosesi zamanı müəyyən edilmişdir ki, O.İbrahimov ailə münaqişəsi zəmnində, həyat yoldaşının nalayiq hərəkətləri səbəbindən intihar etmişdir. Ölümün səbəbi tibbi ekspertizanın rəyi ilə təsdiq olunmuşdur.

O da məlum olub ki, O.İbrahimovun atası İbrahimov Məhəmmədəli Hilal oğlu uzun müddətdir ki, ailəsini ataraq Rusiya Federasiyasına getmış, orada törətdiyi quldurluq, soyğunçuluq və narkotik maddələrin qanunsuz dövriyyəsi əməllərinə görə iki dəfə məhkumluq həyatı yaşamış, birinci dəfə  törətdiyi ağır cinayət əməlinə görə 10 ilə yaxın azadlıqdan məhrum olunmuşdur. Həbsdən azad edildikdən sonra Rusiyada törətdiyi növbəti cinayət əməli ilə əlaqədar M.İbrahimov hazırda həbsdədir.

İbrahim İbrahimlinin digər qardaşı, Türkiyə Respublikasında məskunlaşmış Qurban İbrahimov da qardaşı oğlunun yas mərasiminə gəlməmişdir.

O.İbrahimovun yas mərasimində İbrahim İbrahimli ilə yanaşı, atası və digər əmisinin iştirak etməməsini həmin şəxslərin siyasi əqidə və  fəaliyyətləri ilə əlaqələndirmək gülüncdür. O.İbrahimovun intiharı ilə əlaqədar onun Naxçıvanda yaşayan qohumları belə onun yas mərasimində doğru-dürüst iştirak etməmiş, utanc hissi keçirdiklərini cəmiyyətdən gizlətməmişlər. İbrahim İbrahimli də qardaşı oğlunun intihar səbəbləri üzündən yas mərasiminə gəlməkdən utanmış, çıxış yolunu “siyasi fəaliyyəti” ilə ört-basdır etməkdə görmüşdür.

Qardaşı oğlunun dəfnindən bir həftə keçdikdən və yas mərasimi günlər öncə başa çatdıqdan sonra İbrahim İbrahimlinin Naxçıvan Muxtar Respublikasına qarşı əsassız ittihamlar səsləndirməsi çirkin şoudan başqa bir şey deyildir.

İbrahim İbrahimlinin, guya, Bakıdan qardaşı oğlunun yas mərasiminə gedən zaman onun hava limanında Naxçıvana buraxılmaması tam əsassız iddiadır.

Müxalifətin informasiya resurslarında İbrahim İbrahimlinin səsləndirdiyi ittihamların əslini öyrənmədən bu qondarma xəbərlərə siyasi və maddi maraqlar naminə dəstək verənlərin etika və mədəniyyətdən uzaq mövqeyləri utandırıcıdır. 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi bir daha bəyan edir ki, radikal müxalifətin kütləvi informasiya vasitələrində həqiqətdən uzaq və əsli olmayan məlumatlarla Naxçıvan Muxtar Respublikasına qarşı apardığı böhtançı təbliğat muxtar respublika ictimaiyyəti tərəfindən nifrətlə qarşılanır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında